Yuxarı

​Dünya çempionatında bu gün Azərbaycanın daha 2 taekvondoçusu çıxış edəcək

Məhəmməd Məmmədov və Ayxan Tağızadə mübarizəni medalın bir addımlığında dayandırıb

Bakı. 14 may. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 taekvondoçusu tatami üzərinə çıxacaq. "Report"un məlumatına görə, qadınlardan Lazara Karidad Valdes Povea, kişilərdən isə Mikayıl Əliyev mübarizəyə qoşulacaq.

53 kq çəki dərəcəsində çıxış edəcək Poveanın ilk rəqibi qabonlu Emmanuella Atora olacaq. Cütlüyün qalibi 1/16 finalda rusiyalı Yekaterina Kimlə üz-üzə gələcək. 54 kq çəkidəki Əliyev isə ilk sınağında tacikistanlı Daler Almatovu yenməlidir. 

Qeyd edək ki, çempionatın ilk yarış günündə Məhəmməd Məmmədov (58 kq) və Ayxan Tağızadə (68 kq) 1/4 finalda, Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) 1/8 finalda,  Ceren Özbek (46 kq) və İlkin Şahbazov (74 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi