​Dünya çempionatında bu gün Azərbaycanın daha 2 taekvondoçusu çıxış edəcək

​Dünya çempionatında bu gün Azərbaycanın daha 2 taekvondoçusu çıxış edəcək Məhəmməd Məmmədov və Ayxan Tağızadə mübarizəni medalın bir addımlığında dayandırıb
Futbol
15 May , 2015 09:42
​Dünya çempionatında bu gün Azərbaycanın daha 2 taekvondoçusu çıxış edəcək

Bakı. 14 may. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 taekvondoçusu tatami üzərinə çıxacaq. "Report"un məlumatına görə, qadınlardan Lazara Karidad Valdes Povea, kişilərdən isə Mikayıl Əliyev mübarizəyə qoşulacaq.

53 kq çəki dərəcəsində çıxış edəcək Poveanın ilk rəqibi qabonlu Emmanuella Atora olacaq. Cütlüyün qalibi 1/16 finalda rusiyalı Yekaterina Kimlə üz-üzə gələcək. 54 kq çəkidəki Əliyev isə ilk sınağında tacikistanlı Daler Almatovu yenməlidir. 

Qeyd edək ki, çempionatın ilk yarış günündə Məhəmməd Məmmədov (58 kq) və Ayxan Tağızadə (68 kq) 1/4 finalda, Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) 1/8 finalda,  Ceren Özbek (46 kq) və İlkin Şahbazov (74 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. 

Son xəbərlər

Orphus sistemi