​Dodo: "İmkanım olarsa, ilk dəqiqədən qol vuraram"

​Dodo: "İmkanım olarsa, ilk dəqiqədən qol vuraram" "Bütün komanda yoldaşlarıma inanıram"
Futbol
3 Noyabr , 2015 18:46
​Dodo: İmkanım olarsa, ilk dəqiqədən qol vuraram

Bakı. 3 noyabr. REPORT.AZ/ "Bu oyunda qalib gəlməliyik. Bütün futbolçular kimi, mən də qələbə qazanmaq istəyirəm. Düzdür, rəqib çox güclüdür və onlara qarşı oynamaq çətin olacaq". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Dodo deyib.

Avropa Liqasının qrup mərhələsində səfərdə Almaniya "Borussiya"sı (Dortmund) ilə görüş haqda danışan braziliyalı futbolçu bunları bildirib: "Rəqib Çempionlar Liqasında da oynayıb. Çətin olsa da, Almaniyaya qalib gəlmək düşüncəsi ilə gedirik. İmkanım olarsa, ilk dəqiqədən qol vuraram. Necə ki, 8-ci saniyədə "Xəzər Lənkəran"ı məyus etmişdim. Tez qol vursaq, bu, oyunda dəyişiklik yaradacaq. Premyer Liqanın son iki oyununda iştirak etmirəm. Məşqçi bizim üçün "Borussiya"nı analiz edib. Hələlik hansı taktika ilə oynacağımızı seçməmişik. Psixoloji gərginliyimiz yoxdur. Bu, futboldur. Məğlub da ola bilərsən, qalib də. Bütün komanda yoldaşlarıma inanıram".

Qeyd edək ki, "Borussiya" - "Qəbələ" qaşrılaşması noyabrın 5-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi