Yuxarı
    Bağlamaq

    "Dnepr" klubunun azərbaycanlı futbolçusu "Karabakh Wien"ə transfer olunub

    Dmitri Nağıyevin müqaviləsinin müddəti məlum deyil

    Bakı. 8 iyul. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun Azərbaycan əsilli müdafiəçisi Dmitri Nağıyev futbol üzrə Avstriya çempionatının Şərq regional liqasında çıxış edən "Karabakh Wien" komandasına transfer olunub.

    "Report" xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti barədə məlumat yoxdur.

    Dmitri "Dnepr"in birinci komandasında 2014/15-ci illər mövsümündən çıxış etməyə başlayıb. O, dneprlilərin heyətində 66 oyun keçirib və 4 dəfə fərqlənməyi bacarıb.

    Avstriya paytaxtını təmsil edən "Karabakh Wien" klubu 2014-cü ildə azərbaycanlı investorlar tərəfindən təsis edilib. Klub Avstriya II Landesliqasında çempion olub və Avstriya divizionunda statusuna görə üçüncü olan Şərq regional liqasında çıxış etmək hüququ qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi