"Dnepr" klubunun azərbaycanlı futbolçusu "Karabakh Wien"ə transfer olunub

"Dnepr" klubunun azərbaycanlı futbolçusu "Karabakh Wien"ə transfer olunub Dmitri Nağıyevin müqaviləsinin müddəti məlum deyil
Futbol
8 İyul , 2017 01:48
Dnepr klubunun azərbaycanlı futbolçusu Karabakh Wienə transfer olunub

Bakı. 8 iyul. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun Azərbaycan əsilli müdafiəçisi Dmitri Nağıyev futbol üzrə Avstriya çempionatının Şərq regional liqasında çıxış edən "Karabakh Wien" komandasına transfer olunub.

"Report" xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti barədə məlumat yoxdur.

Dmitri "Dnepr"in birinci komandasında 2014/15-ci illər mövsümündən çıxış etməyə başlayıb. O, dneprlilərin heyətində 66 oyun keçirib və 4 dəfə fərqlənməyi bacarıb.

Avstriya paytaxtını təmsil edən "Karabakh Wien" klubu 2014-cü ildə azərbaycanlı investorlar tərəfindən təsis edilib. Klub Avstriya II Landesliqasında çempion olub və Avstriya divizionunda statusuna görə üçüncü olan Şərq regional liqasında çıxış etmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi