Yuxarı

"Dnepr" klubunu Avropa Liqasının finalına çıxarmış baş məşqçi istefa verir

Miron Markeviçlə klubun sahibi arasında fikir ayrılığı yaranıb

Bakı. 3 iyun. REPORT.AZ/ Ukraynanın "Dnepr" futbol klubunun baş məşqçisi Miron Markeviç yaxın vaxtlarda postundan istefa verəcək. "Report"un "Futbol 1" telekanalına istinadən məlumatına görə, səbəb 64 yaşlı mütəxəssislə klubun sahibi İqor Kolomoyski arasında yaranan fikir ayrılığıdır.

İ.Kolomoyski yeni transferlərə pul ayırmaq istəmir. O, hesab edir ki, komandada öz yetirmələri oynamalıdır. Baş məşqçi isə 4 futbolçunun alınmasını istəyir. Hazırda M.Markeviçin "Dnepr"dən ayrılma ehtimalının 90 faiz olduğu bildirilir.

Qeyd edək ki, "Dnepr" Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzub - 2:3. Bu klub qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi