"Dnepr" klubunu Avropa Liqasının finalına çıxarmış baş məşqçi istefa verir

"Dnepr" klubunu Avropa Liqasının finalına çıxarmış baş məşqçi istefa verir Miron Markeviçlə klubun sahibi arasında fikir ayrılığı yaranıb
Futbol
3 İyun , 2015 09:39
Dnepr klubunu Avropa Liqasının finalına çıxarmış baş məşqçi istefa verir

Bakı. 3 iyun. REPORT.AZ/ Ukraynanın "Dnepr" futbol klubunun baş məşqçisi Miron Markeviç yaxın vaxtlarda postundan istefa verəcək. "Report"un "Futbol 1" telekanalına istinadən məlumatına görə, səbəb 64 yaşlı mütəxəssislə klubun sahibi İqor Kolomoyski arasında yaranan fikir ayrılığıdır.

İ.Kolomoyski yeni transferlərə pul ayırmaq istəmir. O, hesab edir ki, komandada öz yetirmələri oynamalıdır. Baş məşqçi isə 4 futbolçunun alınmasını istəyir. Hazırda M.Markeviçin "Dnepr"dən ayrılma ehtimalının 90 faiz olduğu bildirilir.

Qeyd edək ki, "Dnepr" Avropa Liqasının finalında İspaniya "Sevilya"sına uduzub - 2:3. Bu klub qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olub. 

Son xəbərlər

Orphus sistemi