"Dnepr"in baş məşqçisi: "Qəbələ" layiqli rəqibdir"

"Dnepr"in baş məşqçisi: "Qəbələ" layiqli rəqibdir" Baş məşqçi hazırıqlardan danışıb
Futbol
16 Yanvar , 2016 15:33
Dneprin baş məşqçisi: Qəbələ layiqli rəqibdir

Bakı. 16 yanvar. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışından danışıb. "Report"un Ukraynanın "Komanda" qəzetinə istinadən verdiyi məlumata görə, Markeviç hazırlıq prosesindən razı qaldığını bildirib.

Yoxlama görüşlərindən danışan mütəxəssis "Qəbələ"ni layiqli rəqib adlandırıb: "İlk olaraq oyunun ritminə uyğunlaşmalıyıq. Bu səbəbdən məşqçilər korpusu tərəfindən hər hansı xüsusi bir tapşırıq yoxdur. "Sürix" və "Qəbələ" komandaları başlanğıc mərhələ üçün layiqli rəqibdir".

Qeyd edək ki, "Qəbələ" və "Dnepr" komandaları yanvarın 24-də görüşəcək.

Son xəbərlər

Orphus sistemi