Dmitri Nazarov: "Məqsədimiz qrupda maksimum xal toplamaq və bacarığımızı göstərməkdir"

Dmitri Nazarov: "Məqsədimiz qrupda maksimum xal toplamaq və bacarığımızı göstərməkdir" Bakı. 22 mart. REPORT.AZ/ Millinin düşərgəsinə dünən qoşuldum və yüngül məşq keçirdim. Bu gün səhər baş məşqçi Qurban Qurbanovla söhbətim olub. Bu söhbətdən xoş hisslərlə ayrıldım. İlkin təəssüratım belədir ki, Qurban müəllim çox gözəl insandır. Özü də vaxtilə oynadığından, futbolu çox gözəl başa düşür. Məşq prosesi barədə çox söz deyə bilmərəm. Çünki cəmi bir gün çalışmışam. Ondan da razıyam.
Futbol
22 Mart , 2018 17:42
Dmitri Nazarov: Məqsədimiz qrupda maksimum xal toplamaq və bacarığımızı göstərməkdir

Bakı. 22 mart. REPORT.AZ/ "Millinin düşərgəsinə dünən qoşuldum və yüngül məşq keçirdim. Bu gün səhər baş məşqçi Qurban Qurbanovla söhbətim olub. Bu söhbətdən xoş hisslərlə ayrıldım. İlkin təəssüratım belədir ki, Qurban müəllim çox gözəl insandır. Özü də vaxtilə oynadığından, futbolu çox gözəl başa düşür. Məşq prosesi barədə çox söz deyə bilmərəm. Çünki cəmi bir gün çalışmışam. Ondan da razıyam".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin və Almaniyanın "Aue" klubunun futbolçusu Dmitri Nazarov Belarus yığması ilə yoldaşlıq görüşü ərəfəsində keçirdiyi brifinqdə deyib. 28 yaşlı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb...

- Qurban Qurbanovu əvvəlki baş məşqçidən nə fərqləndirir?

- Bu suala cavab verə bilmərəm. Çünki milliyə dünən axşam qoşulmuşam. Onu deyə bilərəm ki, kollektivdaxili ab-hava çox yaxşıdır. Nizam-intizam çox yüksək səviyyədədir. Fərqin nədən ibarət olduğunu gələn aylarda və oyunlardan sonra deyə bilərəm.

- İllərdir millidə yaxşı çıxış etsəniz də, klub səviyyəsində II Bundesliqadan yuxarı yüksələ bilmirsiniz. Bu, nə ilə əlaqədardır?

- Bu sualın bir çox cavabı ola bilər. Bundesliqa Avropanın ən güclü 3 çempionatından biridir. Ora düşmək çox çətindir. Hətta hazırda çıxış etdiyim II Bundesliqada da çıxı etmək asan deyil. Bundesliqa klubuna dəvət almaq üçün hər gün çalışıram. Bunun menecerdən, yoxsa öz formamdan asılı olduğunu deyə bilmərəm. Amma məncə, bir az bəxt də olmalıdır ki, insanlar məni görsünlər və təklif ünvanlasınlar. Bu, bir qədər çətin olsa da, öz üzərimdə işləyirəm. Hələ vaxtım da var və ümidliyəm ki, nə zamans Bundesliqa klubuna çağırılacağam.

- UEFA Millətlər Liqasında Azərbaycanın qrupunu necə dəyərləndirərdiniz?

- Rəqibləri analiz etmişəm. Hər bir oyunçudan soruşsanız, qələbə qazanmaq, ən azı yaxşı oyun sərgiləmək istədiklərini deyəcək. Futbolda hər şey ola bilər. Məqsədimiz qrupda maksimum xal toplamaq və bacarığımızın 200 faizini göstərməkdir. Bu şansdan istifadə etməliyik.

- Bu günədək Azərbaycan klublarından hansınasa dəvət almısınız və təklif gəlsə, buna necə yanaşardınız?

- Hazırda "Aue" klubu ilə müqaviləm var. Amma hər bir təklif üçün açığam. İndiyədək söz-söhbətlər olsa da, Azərbaycandan konkret təklif gəlməyib. Gəlsə, oturub fikirləşər, ailəmlə danışaram.

Son xəbərlər

Orphus sistemi