Dmitri Kramarenko: "Syomin mənə dedi ki, gəl Moskvaya, görüşüb söhbət edək"

Dmitri Kramarenko: "Syomin mənə dedi ki, gəl Moskvaya, görüşüb söhbət edək" "Qəbələ" komandasının sabiq məşqçisi Rusiya komandasında işləyə bilər
Futbol
25 Dekabr , 2014 18:37
Dmitri Kramarenko: Syomin mənə dedi ki, gəl Moskvaya, görüşüb söhbət edək

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" futbol komandasının qapıçılarla işləyən məşqçisi vəzifəsindən ayrılan Dmitri Kramarenko Rusiyanın paytaxtı Moskvaya yollanıb. Bu barədə "Report"a D.Kramarenkonun özü məlumat verib. 

40 yaşlı mütəxəssis qonşu ölkəyə övladları, həyat yoldaşı, anasını görməyə və Yeni İli onlarla birgə keçirməyə getdiyini bildirib. Azərbaycan yığmasının sabiq qapıçısı Moskvada olduğu müddətdə "Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiyanın "Mordoviya" komandasına rəhbərlik edən Yuri Syominlə görüşəcəyini də əlavə edib: "Syominlə danışdım. "Qəbələ"dən ayrılmağımın səbəbini soruşdu. Mən də Roman Qriqorçukun "Qəbələ"də öz köməkçiləri ilə işləmək istədiyini dedim. O isə "Gəl Moskvaya, görüşüb söhbət edək" dedi. Əslində bu komandaya məni məhz Syomin gətirmişdi. Onun rəhbərliyi altında ötən mövsümü pis keçirməmişdik. İndi isə yeni baş məşqçinin öz komandası ilə işləmək istəməsini normal qarşıladım, Klubdan dostcasına ayrıldım". 

D.Kramarenko uzun müddət Azərbaycan futboluna xidmət etmiş şəxs kimi yerli klublardan və AFFA-dan da təklif gözlədiyini əlavə edib. 

Son xəbərlər

Orphus sistemi