Yuxarı

​"Dinamo"nun baş məşqçisi: "Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu"

İki görüşdə də əks hücumda oynayıb qələbə qazanmağa çalışdıq

Bakı. 9 İyul. REPORT.AZ/ "İlk növbədə "Qəbələ"ni təbrik etmək istəyirik. Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu".

"Report" xəbər verir ki, bunu Gürcüstanın "Dinamo" klubunun baş məşqçisi Giya Qequçadze bildirib.

"İki görüşdə də əks hücumda oynayıb qələbə qazanmağa çalışdıq. İndiyədək heç vaxt hakimin idarəçilyinə şərh verməmişəm. Bu dəfə də elə edəcəyəm. Çünki baş verənlər artıq arxada qalıb", - deyə gürcü məşqçi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi