"Dinamo" klubunun baş məşqçisi istefaya göndərilib

"Dinamo" klubunun baş məşqçisi istefaya göndərilib Stanislav Çerçesovu Andrey Kobelev əvəzləyəcək
Futbol
11 İyul , 2015 14:39
Dinamo klubunun baş məşqçisi istefaya göndərilib

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiyanın "Dinamo" (Moskva) futbol komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib. "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar gələn həftə rəsmən açıqlanacaq.

Boşalan vəzifə klubun idman direktoru Andrey Kobelevə tapşırılacaq. Kobelev bir neçə gün öncə paytaxt təmsilçisinə idman direktoru təyin edilib.

Qeyd edək ki, "Dinamo" ötən mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Üstəlik, klub maliyyə "feyr-pley"ini pozduğu üçün Avropa Liqasında iştirakdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi