Dik Advokat Hollandiya millisinin baş məşqçi postunu tərk edir

Dik Advokat Hollandiya millisinin baş məşqçi postunu tərk edir O, yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyunundan sonra vəzifəsindən ayrılacaq
Futbol
13 Oktyabr , 2017 10:55
Dik Advokat Hollandiya millisinin baş məşqçi postunu tərk edir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək. “Report”un məlumatına görə, bu barədə 70 yaşlı mütəxəssisin özü “Football Oranje” portalına açıqlama verib.

O, bildirib ki, Niderland Krallığının Futbol İttifaqı gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdır. Advokat yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyununa qədər postunda qalacağını söyləyib.

Qeyd edək ki, Dik Advokat bu il iyunun 1-də Hollaniya millisinin baş məşqçisi postunda Danni Blindi əvəzləyib. Lakin onun rəhbərlik etdiyi kollektiv 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib. Niderlandlılar yer aldıqları A qrupunda Fransa və İsveçdən geri qalaraq, 3-cü yeri tutublar. 70 yaşlı mütəxəssis 1992 - 1994 və 2002 - 2004-cü illərdə də ölkəsinin milli komandasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi