Yuxarı

De Rossi karyerasını "Boka Xuniors"da davam etdirə bilər

​De Rossi karyerasını "Boka Xuniors"da davam etdirə bilər

İtaliyanın "Roma" klubunun sabiq kapitanı Daniele De Rossi Argentina "Boka Xuniors"unun oyunçusu ola bilər.

“Report” xəbər verir ki, bu barədə jurnalist Canluki Di Martsionun rəsmi saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, Argentina komandası və xavbek artıq bu həftə müqavilə bağlaya bilər. Müqavilə 2020-ci ilin martına qədər nəzərdə tutulacaq. Bu müddət ərzində yarımmüdafiəçi 500 min avro qazanacaq.

De Rossi ötən mövsümün sonunda "Roma"nın ona karyerası ərzində yeni müqavilə təklif etməməsi səbəbindən komandanı tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi