De Rossi karyerasını "Boka Xuniors"da davam etdirə bilər

De Rossi karyerasını "Boka Xuniors"da davam etdirə bilər İtaliyanın Roma klubunun sabiq kapitanı Daniele De Rossi Argentina Boka Xuniorsunun oyunçusu ola bilər.
Futbol
17 İyul , 2019 06:56
De Rossi karyerasını Boka Xuniorsda davam etdirə bilər

İtaliyanın "Roma" klubunun sabiq kapitanı Daniele De Rossi Argentina "Boka Xuniors"unun oyunçusu ola bilər.

“Report” xəbər verir ki, bu barədə jurnalist Canluki Di Martsionun rəsmi saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, Argentina komandası və xavbek artıq bu həftə müqavilə bağlaya bilər. Müqavilə 2020-ci ilin martına qədər nəzərdə tutulacaq. Bu müddət ərzində yarımmüdafiəçi 500 min avro qazanacaq.

De Rossi ötən mövsümün sonunda "Roma"nın ona karyerası ərzində yeni müqavilə təklif etməməsi səbəbindən komandanı tərk edib.

Son xəbərlər

Orphus sistemi