DÇ-2018: Polşa yığması Monteneqronu məğlub edərək dünya çempionatına vəsiqə qazanıb

DÇ-2018: Polşa yığması Monteneqronu məğlub edərək dünya çempionatına vəsiqə qazanıb Meydan sahibləri rəqiblərini 4:2 hesabı ilə məğlub ediblər
Futbol
8 Oktyabr , 2017 22:31
DÇ-2018: Polşa yığması Monteneqronu məğlub edərək dünya çempionatına vəsiqə qazanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Polşa yığma komandası Monteneqronu məğlub edərək futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, görüş Polşanın paytaxtı Varşavada baş tutub.

Meydan sahibləri rəqiblərini 4:2 hesabı ilə məğlub ediblər. Qarşılaşmada Kşiştov Maçinski, Kamil Qrosiçki, Robert Levandovski fərqləniblər. Həmçinin Filip Stoykoviç topu öz qapılarına (avtoqol) vurub. Qonaqların heyətində isə Stefan Muqoşi və Nikol Vukçeviç fərqlənib.

Bununla da Polşa yığması E qrupunda birinci yeri tutub və dünya çempionatına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi