DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finala vəsiqə qazanıb - VİDEO

DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finala vəsiqə qazanıb - VİDEO Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.
Futbol
28 İyun , 2018 19:53
DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finala vəsiqə qazanıb - VİDEO

Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

"Report"un məlumatına görə, qrup mərhələsinin son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi qrup mərhələsini 4 xalla başa vurub. Komandaların topladığı xallar və digər göstəriciləri də bərabər olduğundan, oyunlarda ən az vərəqə alan Yaponiya yığması növbəti mərhələyə yüksəlib.   

DÇ-2018, 28 iyun, III tur

H qrupu

18:00. Yaponiya - Polşa 0:1 

Qol: Yan Bednarek, 59

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Sivela (CAR), Rikardo Montero (Kosta Rika)

Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya 0:1 

Qol: Yerri Mina, 74

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Bamlak Tessema Veyesa (Efiopiya)

Samara, "Samara Arena"

Son xəbərlər

Orphus sistemi