Yuxarı

DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib

DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib
Oyun günündə maraqlı nəticələr qeydə alınıb

Bakı. 26 mart. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində V turun növbəti görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə “A”, “B” və “H” qruplarında 9 qarşılaşma baş tutub.

“A” qrupunda İsveç Belarusu darmadağın edib, Fransa isə səfərdə Lüksemburqu iki top fərqi ilə yenib. Günün gözlənilməz nəticəsi Bolqarıstanda qeydə alınıb. Belə ki, ev sahibləri Hollandiya üzərinə cavabsız 2 qolla qələbə qazanıblar.

Digər maraqlı bir nəticə “B” qrupunda qeydə alınıb. Burada Andorra Farer adaları yığması ilə qolsuz heç-heçə etməklə, 2005-ci ildə bu yana ilk xalını qazanmış olub. Qrupda itkisiz irəliləyən İsveçrə Latviyanı minimal, Avropa çempionu Portuqaliya isə Macarıstanı böyük hesabla məğlub edib. Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu dubl etməklə yanaşı yığmada 70-ci qolunu vurub.

Nəhayət, “H” qrupunda "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də dəvət aldığı Bosniya və Herseqovina yığması Cəbəllütariqin qapısından 5 cavabsız top keçirib. "Qəbələ"nin hücumçusu Sergey Zenyovun komandası Estoniya Kiprlə səfərdə qolsuz heç-heçə edib. Belçika isə Yunanıstana məğlubiyyətdən rəqib azlıqda qaldıqdan sonra son anda qurtulub. 2004-cü ilin Avropa çempionları 2 qırmızı vərəqə almaları səbəbindən görüşü 9 nəfərlə başa vurub.

2018-ci il dünya çempionatı, Avropa zonası, V tur

25 mart

A qrupu

21:00. İsveç – Belarus - 4:0

Qollar: Emil Forsberq, 19-penalti ilə; 49. Markus Berq, 57. İsaak Kis Telin, 78

23:45. Lüksemburq – Fransa - 1:3

Qollar: Orelyen Yoaxim, 34-penalti ilə - Olivye Jiru, 28; 77. Antuan Qrizmann, 37-penalti ilə

23:45. Bolqarıstan – Hollandiya - 2:0

Qollar: Spas Delev, 5; 20

Xal durumu: Fransa - 13, İsveç - 10, Bolqarıstan - 9, Hollandiya - 7, Belarus - 2, Lüksemburq - 1.

B qrupu

21:00. Andorra – Farer adaları - 0:0

21:00. İsveçrə - Latviya - 1:0

Qol: Yosip Drmiç, 66

23:45. Portuqaliya – Macarıstan - 3:0

Qollar: Andre Silva, 32. Kriştianu Ronaldu, 36; 65

Xal durumu: İsveçrə - 15, Portuqaliya - 12, Macarıstan - 7, Farer adaları - 5, Latviya - 3, Andorra - 1

H qrupu

21:00. Bosniya və Herseqovina – Cəbəllütariq - 5:0

Qollar: Vedad İbişeviç, 4; 43. Avdiya Vrşayeviç, 52. Edin Vişça, 56. Ermin Biçakçiç, 90+4

21:00. Kipr – Estoniya - 0:0

23:45. Belçika – Yunanıstan - 1:1

Qollar: Romelu Lukaku, 89 - Kostas Mitroğlu, 46

Qırmızı vərəqələr: Panagiotis Taxtsidis, 65. Giorqos Tsavelyas, 90+5 (hər ikisi Yunanıstan)

Xal durumu: Belçika - 13, Yunanıstan - 11, Bosniya və Herseqovina - 10, Kipr - 4, Estoniya - 4, Cəbəllütariq - 0.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi