DÇ-2018-ə gələcək ilk komanda müəyyənləşib

DÇ-2018-ə gələcək ilk komanda müəyyənləşib Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatı ilə əlaqədar Rusiyaya gələcək ilk komanda müəyyənləşib.
Futbol
23 Aprel , 2018 17:26
DÇ-2018-ə gələcək ilk komanda müəyyənləşib

Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatı ilə əlaqədar Rusiyaya gələcək ilk komanda müəyyənləşib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Vitali Mutko bildirib.

O, İran yığmasının digər komandalardan daha tez – iyunun 5-də ölkəyə təşrif buyuracağını söyləyib.

İranlılar Moskva ətrafında Bakovka mikrorayonunda məskunlaşacaqlar.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İran millisi İspaniya, Portuqaliya və Mərakeş yığmaları ilə birgə B qrupunda yer alıb.

Son xəbərlər

Orphus sistemi