DÇ-2018: Braziliya 1/4 finala vəsiqə qazanıb - VİDEO

DÇ-2018: Braziliya 1/4 finala vəsiqə qazanıb - VİDEO Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.
Futbol
2 İyul , 2018 19:52
DÇ-2018: Braziliya 1/4 finala vəsiqə qazanıb - VİDEO

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, "Samara Arena"da baş tutan matçda Braziliya və Meksika komandaları üz-üzə gəliblər. 

Qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu Neymar vurub. 26 yaşlı hücumçu 51-ci dəqiqədə fərqlənib. Roberto Firmino isə 88-ci dəqiqədə fərqi iki topa çatdırıb. 

Qeyd edək ki, Braziliya yığması 1/4 finaldakı Belçika - Yaponiya cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da keçiriləcək.

DÇ-2018, 1/8 final, 2 iyul

18:00. Braziliya - Meksika - 2:0 

Qol: Neymar, 51. Roberto Firmino, 88

Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Samara, "Samara Arena"

Son xəbərlər

Orphus sistemi