Danimarka milli komandasının sabiq kapitanından xərçəngin nadir növü aşkarlanıb

Danimarka milli komandasının sabiq kapitanından xərçəngin nadir növü aşkarlanıb Rene Henriksen: "İndi həyatımın matçına çıxıram"
Futbol
3 May , 2018 09:27
Danimarka milli komandasının sabiq kapitanından xərçəngin nadir növü aşkarlanıb

Bakı. 3 may. REPORT.AZ/ Futbol üzrə Danimarka milli komandasının keçmiş kapitanı Rene Henriksenin beyin sümüyündən şiş aşkarlanıb. 

"Report"un themanews.com-a istinadən verdiyi məlumata görə, 48 yaşlı sabiq futbolçuya mielomatos diaqnozu qoyulub. Bu isə 50 yaşdan aşağı insanlara yol tapan xərçəngin nadir növlərindəndir. 

Xəstəliyi haqda açıqlama verən Henriksen deyib: "Son oyunumu meydanda keçirdiyimi düşünmüşdüm. İndi həyatımın matçına çıxıram. Özümdə lazımi gücü tapmaqda qərarlıyam". 

Qeyd edək ki, Rene Henriksen vaxtilə yerli "Akademisk" və Yunanıstanın "Panatinaikos" komandalarında ümumilikdə 189 oyun, yığmada isə 66 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi