Yuxarı
    Bağlamaq

    ​Çumbinyo: "Oyunboyu üzərimdə hər hansı bir təzyiq yox idi"

    Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm

    Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bir ildən çoxdur ki, meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı təzyiq yox idi". "Report"un məlumatına görə, bunu uzunmüddətli zədəsini başa vurduqdan sonra yaşıl meydanlara qayıdan "Qarabağ"ın futbolçusu Çumbinyo klubun saytına açıqlamasında deyib.

    "Qəbələ" ilə yoldaşlıq oyununda forma geyinmiş braziliyalı yarımmüdafiəçi bildirib ki, görüş zamanı ayağında ağrı hiss edəcəyindən narahat olub: "Amma çox şükürlər olsun ki, ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm".

    Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-da Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Fransa "Sent Etyen"i ilə qarşılaşmada zədələnərək yaşıl meydanlardan uzaq qalıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi