Yuxarı

​Çingiz Abdullayev “Neftçi”nin Türkiyədəki məşqini izləyib

Müşahidə Şurasının sədri komandanın rəsmiləri ilə söhbət edib

Bakı. 20 iyun. REPORT.AZ/ “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev Türkiyənin Bolu bölgəsində komandanın məskunlaşdığı “Koru” hotelinə gəlib. "Report"un məlumatına görə, Ç.Abdullayev komandanın axşam məşqini izləyib.

Sədr, həmçinin komanda rəsmiləri ilə söhbət edib. 

Qeyd edək ki, "Neftçi" Boluda Avropa Liqasına hazırlaşır. Komandanın I təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi