Yuxarı

​Çingiz Abdullayev: "İnter"lə "Zirə"nin avrokuboklara getməməsi "Neftçi"nin şansını artırır"

Müşahidə Şurasının sədri komandanın avrokubok şansını dəyərləndirib

Bakı. 15 aprel. REPORT.AZ/ "Bütün məsələlər haqda düşünürük. Mövsüm başa çatdıqdan sonra hər şeyi həll edəcəyik". Bunu "Report"a açıqlamasında "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Ç.Abdullayev baş məşqçi məsələsinə aydınlıq gətirib. O, Vəli Qasımovun hələ postunda qalacağını, əcnəbi baş məşqçi haqda isə danışmaq istəmədiyini söyləyib: "Əvvəlcədən heç nə deyə bilmərəm".

Müşahidə Şurasının sədri hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Neftçi"nin avrokubokda iştirak şansından danışıb: "İnter" və "Zirə"nin avrokuboklara getməməsi, təbii ki, "Neftçi"nin şansını artırır. Yenə də bütün işlər bizim necə oynamağımızdan asılıdır. Bu səbəbdən, istəyirik ki, ilk növbədə, oyunumuz yaxşı olsun". 

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 2-ci pillədə olan "Zirə"nin avrokuboklarda iştirak üçün tələb olunan 3 illik fəaliyyət müddətinə çatmaması, 3-cü pillədəki "İnter"in isə maliyyə "feyr-pley"ini pozması səbəbindən avrokuboklara buraxılmayacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi