Çiçarito: "Qarabağ"a vurduğum qola bir neçə ay öncədən hazırlaşmışdım"

Çiçarito: "Qarabağ"a vurduğum qola bir neçə ay öncədən hazırlaşmışdım" İspaniyanın “Sevilya” klubunun futbolçusu Xavyer Hernandes UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”ı Bakıda 3:0 hesabı ilə məğlub etdikləri oyunda vurduğu qolu şərh edib.
Futbol
18 Oktyabr , 2019 09:55
Çiçarito: Qarabağa vurduğum qola bir neçə ay öncədən hazırlaşmışdım

İspaniyanın “Sevilya” klubunun futbolçusu Xavyer Hernandes UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”ı Bakıda 3:0 hesabı ilə məğlub etdikləri oyunda vurduğu qolu şərh edib.

“Report” “Radio Formula”ya istinadən xəbər verir ki, matçın 62-ci dəqiqəsində cərimə zərbəsindən hesabı açan 31 yaşlı meksikalı forvard bunun üçün xüsusi hazırlaşdığını vurğulayıb. “Çiçarito” ləqəbli hücumçu yeni komandasında vurduğu qola görə təəccüblənmədiyini bildirib: “Cərimə zərbələri üzərində işləməyə bir neçə ay öncə - “Vest Hem”də çıxış etdiyim son dönəmlərdə başlamışdım. Bu, qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”

Qeyd edək ki, “Qarabağ” noyabrın 28-də V tur çərçivəsində “Sevilya”nın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi