Yuxarı

Çexiya yığmasının futbolçusu: "Rəqibin təzyiqi ilə üzləşirdik"

Mərkəzdə çox yüklənmə vardı

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Yaxşı çıxış etdik, təzyiqi artırdıq. Bundan yararlana bilərdik, amma alınmadı".

"Report"un məlumatına görə, bunu 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşan Çexiya yığmasının hücumçusu Patrik Şik jurnalistlərə açıqlamasında deyib.

Çexiyalı futbolçu 0:0 hesabı ilə başa çatmış oyun haqda bunları bildirib: "Bəzi məqamlarda rəqibin təzyiqi ilə üzləşirdik. Bu səbəbdən çətin idi. Üstəlik mərkəzdə çox yüklənmə vardı. Rəqib haqda da eyni sözləri demək olar. Biz yaxşı iş gördük, amma bunu nəticədə əks etdirmək istəyirik".

Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan 7 xalla C qrupunda 2-ci, Çexiya isə 2 xalla 5-ci pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi