Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub

Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub Bakı. 19 iyul. REPORT.AZ/ Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub. Report xəbər verir ki, 6 cavab oyunu baş tutub. Yekunda bu turnirdəki təmsilçimiz “Qarabağ”la yanaşı, “Astana”, “Şerif”, “Rusenborq”, “Seltik”, Slovakiya “Spartak”ı mərhələ adlayıb.
Futbol
19 İyul , 2018 02:45
Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub

Bakı. 19 iyul. REPORT.AZ/ Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub. "Report" xəbər verir ki, 6 cavab oyunu baş tutub. Yekunda bu turnirdəki təmsilçimiz “Qarabağ”la yanaşı, “Astana”, “Şerif”, “Rusenborq”, “Seltik”, Slovakiya “Spartak”ı mərhələ adlayıb. 

“Astana”yla “Seltik” hər iki matçda qələbə qazanmaqla, “Şerif” isə “Rusenborq”a ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaqla bacarıb. Səfərdə rəqibinə minimal hesabla qalib gələn Slavakiya “Spartak”ı da heç-heçə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası

I təsnifat mərhələsinin cavab oyunları:

“Zrinski” (Bosniya və Herseqovina) - “Spartak” (Slovakiya) - 1:1

Qollar: Todoroviç, 56 - Qodal, 15

İlk oyun - 0:1

“Şerif” (Moldova) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0

Qollar: Badibanqa, 9, Santos, 40, 55

İlk oyun – 1:2

“Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0

İlk oyun - 1:0

“Rusenborq” (Norveç) - “Valyur” (İslandiya) - 3:1

Qollar: Bendtner, 55 (pen.), 90 (pen.), Trondsen, 72 - Siqurdson, 85 (pen.)

İlk oyun - 0:1

“Sutyeska” (Monteneqro) - “Astana” (Qazaxıstan) - 0:2

Qollar: Despotoviç, 38, Mujikov, 85

İlk oyun - 0:1

“Seltik” (Şotlandiya) - “Alaşkert” (Ermənistan) - 3:0

Qollar: Dembele, 8, 19 (pen.), Forrest, 35

İlk oyun – 3:0

Son xəbərlər

Orphus sistemi