Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq.
“Report” xəbər verir, ikinci oyun günündə Azərbaycan çempionu “Qarabağ”la Albaniya “Partizani”sinin duelindən başqa 7 qarşılaşma olacaq. Bunlardan daha çox diqqət çəkəni Ağdam təmsilçisinin II təsnifat mərhələsindəki potensial rəqibləri - “Dundalk” (İrlandiya) və “Riqa”nın (Latviya) oyunudur.
Axşam saatlarında Avropa Liqasının I təsnifat mərhələsində 1 oyun keçiriləcək. Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi Qazaxıstan təmsilçisi “Tobol” Lüksemburqda “Jeness Eş”lə üz-üzə gələcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)
21:00. BATE (Belarus) – “Pyast” (Polşa)
21:00. “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)
22:00. “Ferensvaroş” (Macarstan) – “Lüdoqorets” (Bolqarıstan)
22:15. “Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro)
22:45. “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya)
22:45. “Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)
24:00. “Valyur” (İslandiya) – “Maribor” (Sloveniya)
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
19:55. “Jeness Eş” (Lüksemburq) – “Tobol” (Qazaxıstan)