Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq

Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq.
Futbol
10 İyul , 2019 13:29
Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq.

“Report” xəbər verir, ikinci oyun günündə Azərbaycan çempionu “Qarabağ”la Albaniya “Partizani”sinin duelindən başqa 7 qarşılaşma olacaq. Bunlardan daha çox diqqət çəkəni Ağdam təmsilçisinin II təsnifat mərhələsindəki potensial rəqibləri - “Dundalk” (İrlandiya) və “Riqa”nın (Latviya) oyunudur.

Axşam saatlarında Avropa Liqasının I təsnifat mərhələsində 1 oyun keçiriləcək. Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi Qazaxıstan təmsilçisi “Tobol” Lüksemburqda “Jeness Eş”lə üz-üzə gələcək.


Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul


19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

21:00. BATE (Belarus) – “Pyast” (Polşa)

21:00. “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)

22:00. “Ferensvaroş” (Macarstan) – “Lüdoqorets” (Bolqarıstan)

22:15. “Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro)

22:45. “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya)

22:45. “Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)

24:00. “Valyur” (İslandiya) – “Maribor” (Sloveniya)

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

10 iyul


19:55. “Jeness Eş” (Lüksemburq) – “Tobol” (Qazaxıstan)

Son xəbərlər

Orphus sistemi