Yuxarı

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib. 

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)

"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

"Lion" (Fransa) - "Barselona" (İspaniya)

"Roma" (İtaliya) - "Portu" (Portuqaliya) 

"Ayaks" (Hollandiya) - "Real Madrid" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda  təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi