​Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb

​Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb "Qarabağ"ı məğlub edən kluba Bolqarıstan çempionu rəqib olub
Futbol
5 Avqust , 2016 14:27
​Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, püşkatma qurumun İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilib.

Turnirin III təsnifat mərhələsində "Qarabağ"ı məğlub edən Çexiya "Viktoriya"sı Bolqarıstan "Ludoqorets"inə rəqib olub. Rusiyanın "Rostov" klubu qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak etmək üçün Hollandiya "Ayaks"ını keçməlidir.

"Ludoqorets" (Bolqarıstan) "Viktoriya" "Çexiya)
"Seltik" (Şotlandiya) "Hapoel” (Beyer-Şeva, İsrail)
"Kopenhagen” (Danimarka) APOEL (Kipr)
"Dandalk” (İrlandiya) "Legiya” (Polşa)
"Dinamo” (Zaqreb, Xorvatiya) "Zalsburq” (Avstriya)
"Styaua” (Rumıniya) "Mançester Siti” (İngiltərə)
"Porto” (Portuqaliya) "Roma" (İtaliya)
"Ayaks” (Hollandiya) "Rostov” (Rusiya)
"Yanq Boyz” (İsveçrə) "Borussiya” (M, Almaniya)
"Vilyarreal” (İspaniya) "Monako” (Fransa)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 16-17 və 23-24 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi