Yuxarı

​Çempionlar Liqasında növbəti turun oyunları keçirilib - VİDEO

Barselona - Roma oyununda qapılara 7 qol vurulub

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqası turnirində 5-ci turun oyunlarına start verilib.

"Report" xəbər verir ki, ilk oyun gününün mərkəzi görüşü İspaniyada baş tutub.

"Camp Nou" stadionunda İtaliyanın "Roma" klubunu qəbul edən yerli "Barselona" rəqib qapısına 6 top vurub. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. Oyunda iki qaçırılmış 11 metrlik cərimə zərbəsi də var. 

Bu qələbə sayəsində "Barselona" 1/8 finala vəsiqəni təmin edib. Eyni hüquqa Yunanıstan "Olimpiakos"unu 4:0 hesabı ilə yenən Almaniya "Bavariya"sı da yiyələnib. Rusiya "Zenit"i isə qrup lideri kimi mərhələ adlayıb. 

Çempionlar Liqası. Qrup mərhələsi. 5-ci tur

"E" Qrupu

BATE (Belarus) – "Bayer" (Almaniya) - 1:1

Qollar: 1:0 – 2 Qordeyçuk, 1:1 – 68 Mehmedi.

"Barselona" (İspaniya) – "Roma" (İtaliya) - 6:1

Qollar: 1:0 – 15 Suares, 2:0 – 18 Messi, 3:0 – 44 Suares, 4:0 – 56 Pike, 5:0 – 59 Messi, 6:0 – 77 Adriano, 6:1 - 90 Edin Dzeko.

"F" Qrupu

"Arsenal" (İngiltərə) – "Dinamo Zaqreb" (Xorvatiya) - 3:0

Qollar: 1:0 – 29 Özil, 2:0 – 33 Sançes, 3:0 – 69 Sançes.

"Bavariya" (Almaniya) – "Olimpiakos" (Yunanıstan) - 4:0

Qollar: 1:0 – 8 Duqlas Kosta, 2:0 – 16 Levandovski, 3:0 – 20 Müller, 4:0 – 70 Koman.

"G" Qrupu

"Portu" (Portuqaliya) – "Dinamo Kiyev" (Ukrayna) - 0:2

Qollar: 0:1 – 35, penal Yarmolenko, 0:2 – 64 Qonsales.

"Makkabi" (Tel-Əviv, İsrail) – "Çelsi" (İngiltərə) - 0:4

Qollar: 0:1 – 20 Keyhill, 0:2 – 73 Villian, 0:3 – 77 Oskar, 0:4 – 90 Zuma.

"H" qrupu

"Zenit" (Rusiya) – "Valensiya" (İspaniya) - 2:0

Qollar: 1:0 – 15 Şatov, 2:0 – 74 Dzüba.

"Lion" (Fransa)– "Gent" (Belçika) - 1:2

Qollar: 1:0 – 7 Ferri, 1:1 – 32 Miliçeviç, 1:2 – 90 Kulibali.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi