Çempionlar Liqasında IV turun son 8 görüşü keçiriləcək

Çempionlar Liqasında IV turun son 8 görüşü keçiriləcək Daha 4 komanda növbəti mərhələyə yüksələ bilər
Futbol
5 Noyabr , 2014 11:37
Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsində 4-cü turun oyunlarına yekun vurulacaq. "Report"un məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək.

Növbəti mərhələyə yüksəlməyə 4 komandanın şansı daha yüksək qiymətləndirilir.

E qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - MOİK (Moskva, Rusiya)

23:45. "Bavariya" (Almaniya) - "Roma" (İtaliya)

"Roma" 3-cü turda 1:7 hesabı ilə uduzduğu komanda ilə səfərdə üz-üzə gələcək. Amma Almaniya təmsilçisini bu dəfə nəinki qələbə, hətta heç-heçə də növbəti mərhələyə yüksəldəcək. 

1. Bavariya 3 3 0 0 9:1 9

2. Roma 3 1 1 1 7:9 4

3. Mançester Siti 3 0 2 1 3:5 2

4. CSKA (Moskva) 3 0 1 2 3:8 1

F qrupu

23:45. PSJ (Fransa) - APOEL (Kipr)

23:45. "Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya)

PSJ və "Barselona" qələbə qazansa, qrupda ilk 2 yeri təmin edərək, vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edəcəklər. 

1. PSJ 3 2 1 0 5:3 7

2. Barselona 3 2 0 1 5:4 6

3. Ayaks 3 0 2 1 3:4 2

4. APOEL 3 0 1 2 2:2 1

G qrupu

23:45. "Maribor" (Sloveniya) - "Çelsi" (İngiltərə)

23:45. "Sportinq" (Portuqaliya) - "Şalke" (Almaniya)

"Çelsi" Sloveniya səfərindən qalib ayrılsa, mərhələ adlayacaq. 

1. Çelsi 3 2 1 0 8:1 7

2. Şalke 3 1 2 0 6:5 5

3. Maribor 3 0 2 1 2:8 2

4. Sportinq 3 0 1 2 4:6 1

H qrupu

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - BATE (Belarus)

23:45. "Atletik" (Bilbao, İspaniya) - "Portu" (Portuqaliya)

"Portu" qələbə qazanacağı təqdirdə, 1/8 finala vəsiqə qazanacaq.

1. Portu 3 2 1 0 10:3 7

2. Şaxtyor 3 1 2 0 9:2 5

3. BATE 3 1 0 2 2:14 3

4. Atletik Bilbao 3 0 1 2 2:4 1

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Ötən gün İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları 1/8 finala vəsiqəni təmin edib. 

Son xəbərlər

Orphus sistemi