Növbəti mərhələyə yüksəlməyə 4 komandanın şansı daha yüksək qiymətləndirilir.
E qrupu
23:45. "Mançester Siti" (İngiltərə) - MOİK (Moskva, Rusiya)
23:45. "Bavariya" (Almaniya) - "Roma" (İtaliya)
"Roma" 3-cü turda 1:7 hesabı ilə uduzduğu komanda ilə səfərdə üz-üzə gələcək. Amma Almaniya təmsilçisini bu dəfə nəinki qələbə, hətta heç-heçə də növbəti mərhələyə yüksəldəcək.
1. Bavariya 3 3 0 0 9:1 9
2. Roma 3 1 1 1 7:9 4
3. Mançester Siti 3 0 2 1 3:5 2
4. CSKA (Moskva) 3 0 1 2 3:8 1
F qrupu
23:45. PSJ (Fransa) - APOEL (Kipr)
23:45. "Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya)
PSJ və "Barselona" qələbə qazansa, qrupda ilk 2 yeri təmin edərək, vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edəcəklər.
1. PSJ 3 2 1 0 5:3 7
2. Barselona 3 2 0 1 5:4 6
3. Ayaks 3 0 2 1 3:4 2
4. APOEL 3 0 1 2 2:2 1
G qrupu
23:45. "Maribor" (Sloveniya) - "Çelsi" (İngiltərə)
23:45. "Sportinq" (Portuqaliya) - "Şalke" (Almaniya)
"Çelsi" Sloveniya səfərindən qalib ayrılsa, mərhələ adlayacaq.
1. Çelsi 3 2 1 0 8:1 7
2. Şalke 3 1 2 0 6:5 5
3. Maribor 3 0 2 1 2:8 2
4. Sportinq 3 0 1 2 4:6 1
H qrupu
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - BATE (Belarus)
23:45. "Atletik" (Bilbao, İspaniya) - "Portu" (Portuqaliya)
"Portu" qələbə qazanacağı təqdirdə, 1/8 finala vəsiqə qazanacaq.
1. Portu 3 2 1 0 10:3 7
2. Şaxtyor 3 1 2 0 9:2 5
3. BATE 3 1 0 2 2:14 3
4. Atletik Bilbao 3 0 1 2 2:4 1
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Ötən gün İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları 1/8 finala vəsiqəni təmin edib.