Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk 4 oyunu keçirilib

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk 4 oyunu keçirilib "Zalsburq" səfərdə, "Riyeka" və "Partizan" evdə qələbə qazanıb
Futbol
12 İyul , 2017 00:40
Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk 4 oyunu keçirilib

12 iyul. Bakı. REPORT.AZ / Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 4 görüş keçirilib. Bunlardan birində "Qarabağ" evdə Gürcüstan "Samtredia"sını 5:0, digərində Avstriya "Zalsburq"u Maltada "Hibernians"ı 3:0 hesabı ilə yenib. "Riyeka" Xorvatiyada Uels TNS-inə, "Partizan" Serbiyada Monteneqro "Buduçnost"una eyni hesabla qalib gəlib.

Qeyd edək ki, bu gün daha 12 oyun keçiriləcək. Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiya "Jilina”sı Danimarka təmsilçisi "Kopenhagen”lə üz-üzə gələcək. Son görüş isə iyulun 14-də baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

21:00. "Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10-penalti ilə. Dino Ndlovu, 37; 45-penalti ilə. Donald Gerryer, 83. Miçel, 90+2

22:30. "Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) - 0:3

Qollar: Valon Berişa, 32-penalti ilə. Hi-Çan Hvanq, 35. Takumi Minamino, 54

Qırmızı vərəqə: Valon Berişa, 86 ("Zalsburq")

22:45. "Riyeka” (Xorvatiya) - TNS (Uels) - 2:0

Qollar: Yosip Mişiç, 5. Florentin Matey, 69

22:45. "Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) - 2:0

Qollar: Uroş Curceviç, 53-penalti ilə. Leonardo, 63 

Son xəbərlər

Orphus sistemi