12 iyul. Bakı. REPORT.AZ / Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 görüş keçirilib. Bunlardan birində "Qarabağ" evdə Gürcüstan "Samtredia"sını 5:0, digərində Avstriya "Zalsburq"u Maltada "Hibernians"ı 3:0 hesabı ilə yenib. "Riyeka" Xorvatiyada Uels TNS-inə, "Partizan" Serbiyada Monteneqro "Buduçnost"una eyni hesabla qalib gəlib.
Qeyd edək ki, bu gün daha 12 oyun keçiriləcək. Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiya "Jilina”sı Danimarka təmsilçisi "Kopenhagen”lə üz-üzə gələcək. Son görüş isə iyulun 14-də baş tutacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
21:00. "Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10-penalti ilə. Dino Ndlovu, 37; 45-penalti ilə. Donald Gerryer, 83. Miçel, 90+2
22:30. "Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) - 0:3
Qollar: Valon Berişa, 32-penalti ilə. Hi-Çan Hvanq, 35. Takumi Minamino, 54
Qırmızı vərəqə: Valon Berişa, 86 ("Zalsburq")
22:45. "Riyeka” (Xorvatiya) - TNS (Uels) - 2:0
Qollar: Yosip Mişiç, 5. Florentin Matey, 69
22:45. "Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) - 2:0
Qollar: Uroş Curceviç, 53-penalti ilə. Leonardo, 63