Yuxarı

Çempionlar Liqasında I turun ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasında I turun ən yaxşı futbolçusu müəyyənləşib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi azarkeşlər arasındakı səsvermənin nəticəsinə əsasən, ilk turun ən yaxşı oyunçusu seçilib.

31 yaşlı argentinalı forvard Pol Poqba ("Mançester Yunayted", İngiltərə), Nabil Fekir ("Lion", Fransa) və Ceyms Milner ("Liverpul", İngiltərə) ilə yarışdan qalib çıxıb. Messi ilk turda Hollandiyanın PSV klubuna qarşı matçda het-trik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi