Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək Əsas diqqətlər "Roma" ilə İspaniya "Real Madrid"inin oyununa yönələcək
Futbol
17 Fevral , 2016 07:54
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, əsas diqqətlər İtaliya paytaxtında "Roma" ilə İspaniya "Real Madrid"inin oyununa yönələcək.

Bu matça hər iki komanda mövsümün ilk yarısı ilə müqayisədə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Zinəddin Zidan Çempionlar Liqasında baş məşqçi kimi debüt edəcək. O, əvvəllər futbolçu kimi şərəfini qoruduğu "kral klubu"nun sükanı arxasında olacaq. Luçano Spaletti isə bir neçə ildən sonra yenidən "canavarlar"ı vacib oyuna çıxaracaq.

"Roma" son 13 matçda bütün cəbhələrdə yalnız bir dəfə uduzub. "Real madrid" isə son 8 iki oyunluq qarşıdurmalarda İtaliya təmsilçilərinə yenilib.

Digər qarşılaşma isə Belçikada "Gent"lə "canavarlar" ləqəbli daha bir komanda Almaniya "Volfsburq"u arasında olacaq. Hər iki komanda Çempionlar Liqasının "pley-off" mərhələsində debüt edəcək. "Gent" son 7 ev oyunundan qalib ayrılıb. Əvəzində "Volfsburq" qrup mərhələsi başa çatdıqdan sonra cəmi 1 dəfə qələbəyə sevinib. Komandanın ən yaxşı futbolçularından sayılan Naldo ilk oyunu cəza üzündən buraxmalı olacaq. Üstəlik, əsas qapıçı Dieqo Benalyonun zədəli olması səbəbindən Kun Kasteels Çempionlar Liqasında debüt etməyə hazırlaşır.

Çempionlar Liqası, 1/8 final

23:45. "Roma" (İtaliya) - "Real Madrid" (İspaniya)

Roma, "Olimpiko" stadionu

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya)

Gent, KAA Gent stadionu.

Son xəbərlər

Orphus sistemi