Yuxarı

​Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Şalke Real Madridi, Bazel isə Portonu qəbul edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu bu gün keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar İsveçrə və Almaniyada baş tutacaq.

"Bazel" doğma azarkeşlər önündə Portuqaliya "Portu"sunu qəbul edəcək. İsveçrə təmsilçisi qrup mərhələsində ikinci, Portuqaliya komandası isə birinci pillənin sahibi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. "Sent Yakob Park" stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi ingiltərəli Mark Klattenburq olacaq.

Bu görüşlə eyni saatda Almaniya "Şalke"si ilə İspaniya "Real Madrid"i üz-üzə gələcək. "Veltins Arena"da baş tutacaq görüş ingiltərəli Martin Atkinsona həvalə edilib. 1/8 final mərhələsinə lider kimi yüksələn Madrid klubu öz qrupunda bütün oyunlarını qələbə ilə başa vurub. "Şalke" isə yalnız qrup lideri "Çelsi"dən geri qalıb.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. İlk oyun günündə Fransa PSJ-si İngiltərənin "Çelsi" komandası ilə 1:1, Ukrayna "Şaxtyor"u isə Almaniya "Bavariya"sı ilə 0:0 hesabı ilə heç-heçə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi