Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı məlum olub - VİDEO

Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı məlum olub - VİDEO İspaniya və Almaniyada keçirilmiş qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib
Futbol
9 Mart , 2017 01:46
Çempionlar Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı məlum olub - VİDEO

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. 

"Report"un məlumatına görə, İspaniya və Almaniyada keçirilmiş qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.

"Barselona" Fransa PSJ-si ilə görüşdə 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Kataloniya təmsilçisi hesabda 3:0 öndə olduğu vaxt qapısında qol görüb. Bundan sonra "Barsa" daha 3 qol vuraraq, möcüzəni gerçəkləşdirib - 6:1. Beləliklə, PSJ mübarizəni dayandırıb.

Dortmund "Borussiya"sı da Portuqaliya "Benfika"sından ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. 4:0 hesablı qələbə qazanan Tomas Tuxelin baş məşqçi olduğu komanda lissabonluları darmadağın edib - 4:0. Qollardan 3-nü Pyer-Emerik Obameyanq vurub.

Beləliklə, "Barselona" və Dortmund "Borussiya"sı 1/4 finala yüksəlib. Ötən gün də məhz Almaniya və İspaniya təmsilçiləri - "Bavariya" və "Real Madrid"i bu vəzifənin öhdəsindən gəlib. 

 Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

23:45 "Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Luis Suares, 3. Layvin Kurzava, 40. Lionel Messi, 48-penalti ilə. Neymar, 88; 90-penalti ilə. Serxi Roberto, 90+5 - Edinson Kavani, 62

Baş hakim: Deniz Aytekin (Almaniya)

İlk oyun – 0:4

23:45 "Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya) - 4:0

Qol: Pyer-Emerik Obameyanq, 4; 61; 85. Kristian Pulişiç, 59

Baş hakim: Martin Atkinston (İngiltərə)

Son xəbərlər

Orphus sistemi