Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb Bakı. 7 mart. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Futbol
7 Mart , 2019 11:20
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

"Report" UEFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, namizədlər siyahısına Uqo Lyoris (“Tottenhem”, İngiltərə), Duşan Tadiç (“Ayaks”, Hollandiya), Mussa Mareqa (“Portu”, Portuqaliya) və Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə) daxil edilib.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi