"Çelsi" tarixində ilk dəfə ardıcıl 12 oyun qələbə qazanaraq yeni ilkə imza atıb

"Çelsi" tarixində ilk dəfə ardıcıl 12 oyun qələbə qazanaraq yeni ilkə imza atıb Komanda tur ərzində öz qapısında cəmi 2 qol görüb
Futbol
27 Dekabr , 2016 01:56
Çelsi tarixində ilk dəfə ardıcıl 12 oyun qələbə qazanaraq yeni ilkə imza atıb

Bakı. 27 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, liqanın ideri "Çelsi" "Bornmut" komandasını qəbul edib.

Londondakı "Stamford Bric" stadionunda baş turan oyun 3:0 hesabı ilə "Çelsi"nin qələbəsi ilə başa çatıb. Komandanın qalibiyyət qollarını oyunun 24 və 90+3 dəqiqələrində Pedro Rodriqes və 49-cu dəqiqədə Eden Hazard vurublar.

Bununla da "Çelsi" tarixində ilk dəfə 12 matç ardıcıl qələbə qazanıb. Komanda tur ərzində qapısında cəmi 2 qol görüb.  "Çelsi"nin rəqibləri 10 oyunda onun qapısına yol tapa bilməyiblər.

Komanda sonuncu dəfə 2008-2009-cu illərdə rekord göstəriciyə imza atmışdı. Belə ki, həmin illər "Çelsi" dalbadal 11 matç qələbə qazanmışdı. 

Son xəbərlər

Orphus sistemi