Yuxarı

"Fənərbağça" "Çelsi"nin futbolçusunu icarəyə götürüb

"Çelsi"nin futbolçusu "Fənərbağça"da

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu heyətinə yeni futbolçu qatıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Çelsi” komandasının yarımmüdafiəçisi Viktor Mozesi 1,5 illik icarəyə götürüb. Nigeriya yığmasının 29 yaşlı futbolçusu ilə bu gün rəsmi müqavilə bağlanılıb.

Qeyd edək ki, Viktor Mozes daha əvvəl İngiltərənin “Liverpul”, “Stok Siti” və “Vest Hem” komandalarında da icarə əsasında çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi