"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb Hadisə Bakayoko məşqdən çıxandan sonra baş verib
Futbol
21 Sentyabr , 2017 21:59
Çelsinin futbolçusu ağır yol qəzasına düşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Tyemue Bakayoko "Mercedes-Benz G-Class" markalı avtomobilində qəzaya düşüb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də o məşqdən çıxıb evə gedən zaman baş verib.

Qəzanın təfərrüatları məlum deyil, lakin 23 yaşlı fransalı futbolçunun xəsarət almadığı və artıq evində olduğu bildirilir.

Bakayoko "Monako"dan "Çelsi"yə ötən ilin yayında keçib.

Son xəbərlər

Orphus sistemi