Bakı. 24 dekabr. REPORT.AZ/ Londonun "Çelsi" klubunun yarımmüdafiəçisi Çinin "Şanxay SİPQ" klubuna keçir.
"Report" xəbər verir ki, rəsmi transfer yanvarın ilk günlərində baş tutacaq, lakin klublar sövdələşmənin şərtləri barədə razılığa gəliblər.
BBC-nin məlumatına görə, transferin dəyəri təqribən 74 milyon dollardır, Oskarın məvacibi isə ildə 25 milyon dollar təşkil edəcək.