"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxıb

"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxıb İngiltərə kubokunun 1/8 final matçında Hall Siti Londonun Çelsi”ni klubunu qəbul edib.
Futbol
26 Yanvar , 2020 03:12
Çelsi İngiltərə kubokunun 1/8 finalına çıxıb

İngiltərə kubokunun 1/8 final matçında "Hall Siti" Londonun "Çelsi”ni klubunu qəbul edib.

“Report” xəbər verir ki, görüş Kinqston-apon-Hallın "Kinqston Kommunikeyşn" stadionunda baş tutub və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı “Çelsi”nin hücumçusu Mişi Batşuayi açıb. O, 6-cı dəqiqədə rəqibin qapısından keçirib. İkinci hissənin ortalarında Fikayo Tomori London komandasının üstünlüyünü artırıb. Qarşılaşmanın 78-ci dəqiqəsində "Hall Siti"nin hücumçusu Kamil Qrosiski hesab arasındakı fərqi azaldıb.

Beləliklə “Çelsi” İngiltərə kubokunun 1/8 finalına çıxıb. “Hall Siti" turniri tərk edib. 

Son xəbərlər

Orphus sistemi