Cəbhədə baş verənlərlə bağlı "Qarabağ" - "Kəpəz" matçından öncə tədbir keçirilib

Cəbhədə baş verənlərlə bağlı "Qarabağ" - "Kəpəz" matçından öncə tədbir keçirilib Azərbaycan bayrağını meydana Allahverdi Bağırovun oğlu gətirib
Futbol
8 Aprel , 2016 16:28
Cəbhədə baş verənlərlə bağlı Qarabağ - Kəpəz matçından öncə tədbir keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXIX turunun "Qarabağ" - "Kəpəz" oyunundan öncə cəbhədə baş verənlərlə bağlı tədbir keçirilib "Report"un məlumatına görə, "Azərsun Arena"nın bayraqlarla əhatə olunmuş tribunaları önünə FHN-in orkestri çıxıb.

Onların ifasında Azərbaycan Respublikasının dövləti himni səsləndirilib. Bundan sonra komandalar xüsusi geyimdə meydana daxil olublar. Futbolçularla yanaşı, meydana Azərbaycan bayrağı da gətirilib. Bayrağı Milli Qəhrəman Allahverdi Bağırovun oğlu Elşən Bağırov daşıyıb.

Komandalar meydana üzərində "Qarabağ" - Azərbaycan" yazılmış xüsusi idman köynəkləri ilə çıxıblar. 

Qeyd edək ki, "Azərsun Arena" milli bayraqlarla bəzədilib. Oyuna gələn hər bir azarkeşə bayraqlar təqdim olunur. 

Son xəbərlər

Orphus sistemi