Cavid Hüseynov: "Qəbələ"nin büdcəsinin azalmasının oyunumuza təsiri az deyil"

Cavid Hüseynov: "Qəbələ"nin büdcəsinin azalmasının oyunumuza təsiri az deyil" Bakı. 17 fevral. REPORT.AZ/ Qəbələnin kapitanı Cavid Hüseynov səfərdə Qarabağa 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra brifinq keçirib.
Futbol
17 Fevral , 2019 22:36
Cavid Hüseynov: Qəbələnin büdcəsinin azalmasının oyunumuza təsiri az deyil

Bakı. 17 fevral. REPORT.AZ/ "Qəbələ"nin kapitanı Cavid Hüseynov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra brifinq keçirib.

Komandasının yeganə qolunun müəllifi olan 31 yaşlı yarımmüdafiəçi "Report"un suallarını da cavablandırıb:

- Aqressiv oyundan sonra özünüzü necə hiss edirsiniz? Yorulmusunuz?

- Əlbəttə, yorulmuşuq. Mən də daxil olmaqla, komanda çox əziyyət çəkdi. İstəyərdik ki, bunun bəhrəsini görək, amma alınmadı. Deyəcək söz yoxdur.

- Ceyms Adeniyi bəzi epizodlarda qapını görsə də, zərbə vurmurdu sanki. Bu, nə ilə əlaqədar idi?

- Başqa nəsə düşünmək istəmirəm. Komanda daxilində bu matçın analizini hələ aparmamışıq. Bilmirəm niyə belə edib, amma soruşub öyrənəcəyik.

- Sizcə, hesab matçın ədalətli nəticəsidir?

- Ədalətli nəticə deyəndə ki, biz uduzmaq istəmirdik. Düşünürəm ki, heç-heçə daha yaxşı nəticə olardı. Bir az diqqətli olsaydıq, bunu da əldə edə bilərdik.

- Qışdan sonra özünə gələn “Qəbələ” yenidən məğlub oldu...

- İstəməzdik təbii ki, amma “Qarabağ”a uduzmuşuq da, burda nə var ki? Özünüz də necə mübarizə apardığımızı gördünüz.

- İkinci qolu çox tez buraxdınız. Nə baş verdi orda?

- Cavab qolundan bir dəqiqə sonra məyus olduq. Ani konsentrasiya itkisinin nəticəsi belə oldu. Bəlkə də ilk hissə bərabərliklə başa çatsaydı, ikinci hissədə tamam fərqli ssenari olardı.

- Penalti epizodları haqqında nəsə deyə bilərsiniz?

- Nəsə desəm, yalan olar. Kənardan baxanlar daha yaxşı görür.

- Volkovi sanki əvvəlki iki oyunda daha aktiv görünürdü. Bu dəfə kölgədə qalmışdı...

- Hələ Azərbaycana yeni gəlib, “Qarabağ”a qarşı da ilk oyunu idi. Özünü göstərə bilmədi. Amma o demək deyil ki, oynaya bilmir.

- Əvvəlki illərdə çempionluq uğrunda mübarizə aparan “Qəbələ” var idi. Amma bu il sizi o mövqelərdə görə bilmirik...

- Biz heç də pis oynamırıq. Sadəcə əvvəlki illərdə büdcə baxımından daha inamlı görsənirdik. Amma bugünkü halda büdcə aşağı olsa da, heç də zəif sayılmırıq.

- Əvvəlki illərlə müqayisədə büdcə çox azalıb?

- Kifayət qədər azalıb. Bu, mübarizə əzmimizə mane olmur, amma təsiri də az deyil.

- Millidə artıq yeni baş məşqçisi var, özünüzü milliyə hazır sayırsınız?

- Bütün oyunları izləyir, kimi layiq bilsə, onu da çağıracaq.

Son xəbərlər

Orphus sistemi