Yuxarı

Bundesliqa oyunlarına 126 nəfər buraxıla bilər

Bundesliqanın oyunlarına cəmi 4 azarkeş buraxıla bilər
Dinlə

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, çempionatın mayın 2-də deyil, 9-da yenidən başlayacağı gözlənilir.

İddiaya görə, matçların demək olar ki, azarkeşsiz keçirilməsi gündəmdədir. Oyun vaxtı stadiona cəmi 126 nəfər buraxılacaq ki, bunlar da texniki və tibbi personal, 4 topdaşıyan yeniyetmə, təhlükəsizlik xidmətinin əməkdaşları, klubların nümayəndələri və 30 jurnalist olacaq.

Məlumatda II Bundesliqanın mayın 16-da bərpa oluna biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi