Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib.
"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmalar zamanı futbolçulara bir-biriləri ilə danışmamaları tövsiyə olunub.
Eyni zamanda tüpürmək və salamlaşmaq qadağan edilib. Məşqçilər heyəti və komanda işçiləri əlcək və maskadan yararlanmalıdırlar.
Qeyd edək ki, fevralın 29-da başlamalı olan Cənubi Koreya çempionatı koronavirus pandemiyası üzündən təxirə salınmışdı. Mövsüm mayın 8-dən azarkeşsiz start götürəcək.